“Hizbullah” İsrailə 20-dən çox raket ATDI

 23:59 31.05.2026     264

“Hizbullah” Livan şəhərlərinin bombalanmasına cavab olaraq İsrailin şimalındakı yaşayış məntəqələrini raket atəşinə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, “Hizbullah” döyüşçüləri günortadan sonra Qərbi Qalileyaya 20-dən çox raket atıb və bu hava hücumu sirenlərinin işə düşməsinə səbəb olub. 

Qruplaşmanın teleqram kanalında Hayfanın şimalında və sərhəddən 7 kilometr aralıda yerləşən Nəhariya şəhərində İsrail hərbi bazalarına zərbələr endirildiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən