Bu ölkə də uşaqlar üçün sosial medianı qadağan EDİR

 11:18 02.06.2026     317

Maldiv adalarının Prezidenti Məhəmməd Muizzu ölkədə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılacağını açıqlayıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Prezident bu qərarın yetkinlik yaşına çatmayanların əxlaqi pozğunluğa məruz qalması, kibertəzyiq halları və İslam dəyərlərinə zidd məzmunun yayılması ilə bağlı narahatlıqlardan irəli gəldiyini bildirib. Onun sözlərinə görə, tətbiq ediləcək məhdudiyyət uşaqların və bütövlükdə Maldiv cəmiyyətinin rifahının qorunması üçün vacib addımdır.

Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, bu qərar gənclərin qloballaşan dünyanın yaratdığı təhlükələrdən qorunmasına yönəlib. Eyni zamanda vurğulanıb ki, söhbət rəqəmsallaşmadan imtina edilməsindən və ya uşaqların təhsil sisteminə müdaxilədən getmir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən