Xameneinin dəfn mərasiminin vaxtı AÇIQLANDI
İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi, çox güman ki, İran təqvimində cari ilin Xordad ayının sonuna doğru keçiriləcək və bu ay iyunun 21-də başa çatacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Tehran bələdiyyəsinin sosial və mədəni işlər üzrə müavini bildirib.
Məhəmməd Əli Təvakolizadə dəfn mərasiminin təşkilinə İran İnqilab Keşikçiləri Korpusunun cavabdeh olduğunu və tədbirin daha yaxşı təşkili üçün hazırlıq müddətinin uzadılması ilə bağlı müzakirələrin aparıldığını bildirib.
O, Xameneinin cənazəsi ilə vida mərasimi üçün ictimaiyyətə üç gün ayrıldığını və Tehranda keçiriləcək mərasimin ən azı 24 saat davam edəcəyini bildirib.
Təvakolizadə əlavə edib ki, Xameneinin cənazəsi müqəddəs Qum şəhərində və Məşhəddə dəfn mərasimlərində aparılacaq sonra onun vəsiyyətinə uyğun olaraq şiə İslamında səkkizinci imam olan İmam Rzanın ziyarətgahında dəfn olunacaq.
Aminə ŞAHSUVARQIZI













