Dəhşətli yol qəzası: 15 ölü, 25 yaralı - bu ÖLKƏDƏ

 17:02 02.06.2026     216

Qananın Volta vilayətində sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 15 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qana Milli Yanğından Mühafizə Xidmətinin yaydığı məlumata görə, hadisə Peki-Tsame avtomobil yolunda baş verib. Sürətlə hərəkət edən sərnişin avtobusu yolda olan yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 15 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılaraq müalicəyə cəlb olunublar.

Qəzanın başvermə səbəbləri araşdırılır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən