İrandan Hörmüzlə bağlı BƏYANAT

 17:34 02.06.2026     185

İranın Fars Körfəzi İdarəsi Hörmüz boğazından keçid üçün 24/7 icazə verir.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunur ki, gəminin sahibi və ya kapitanı günün və ya gecənin istənilən vaxtında agentliklə əlaqə saxlaya bilər. Sistem müraciəti nəzərdən keçirəcək və təsdiqlənərsə, dərhal icazə veriləcək.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti öz növbəsində bildirib ki, son 24 saat ərzində İran hakimiyyətinin icazəsi ilə Hörmüz boğazından 24 gəmi keçib.

Hörmüz boğazı əsas qlobal enerji nəqliyyat dəhlizlərindən biri olaraq qalır. Fars körfəzi ölkələrindən qlobal bazarlara dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli bir hissəsi buradan keçir.

Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra boğazdan keçən gəmilərin məhdudlaşdırılması və ya tamamilə bloklanması ehtimalı beynəlxalq mediada və ekspert icmasında fəal şəkildə müzakirə olunur. İran hakimiyyəti dəfələrlə ərazidə nəqliyyatın hərəkətini idarə etmək imkanlarına malik olduqlarını bildirsə də, boğazın bağlanması ilə bağlı rəsmi qərar qəbul edilməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən