"Zelenski ilə görüşməyə hazıram, amma bir şərtlə" - Macarıstanın Baş naziri

 23:39 02.06.2026     270

Macarıstanın Baş naziri Peter Madyar gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, baş nazir bunun üçün Kiyev və Budapeştin Zakarpatyedəki macarıstanlı azlığın hüquqlarına dair razılığa gəlməsini şərt qoyub. 

Madyar dəqiqləşdirib ki, tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsələr, görüş artıq gələn həftənin əvvəlində baş tutacaq. O, həmçinin Ukrayna və Macarıstan arasında hazırda aparılan danışıqların "çox ümidverici keçdiyini" diqqətə çatdırıb.

"Ümid edirik ki, danışıqları artıq bu həftə texniki səviyyədə başa çatdırmaq mümkün olacaq", — deyə Macarıstanın Baş naziri vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən