İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu bu ölkədə KEÇİRİLƏCƏK
ABŞ-də İsrail və Livan arasında sülh danışıqlarının növbəti raundu keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot məlumat verib.
Onun sözlərinə görə, İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu çərşənbə günü ABŞ-də baş tutacaq.
Piqot bildirib ki, mayın 2-də keçirilən dördüncü raund zamanı tərəflər hərtərəfli razılaşmaya yaxınlaşmaq istiqamətində mühüm irəliləyiş əldə ediblər.
“Son 20 ilin çətinliklərini dəf edirik və Livanın suverenliyini bərpa etməyə, həmçinin İsrailin təhlükəsizliyini təmin etməyə yönəlmiş hərtərəfli razılaşmaya doğru irəliləyirik”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Janoubia xəbər portalı mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ nizamlanma planının bir hissəsi kimi 60 günlük keçid dövrünün yaradılmasını təklif edib.
Məlumata görə, həmin müddət ərzində İsrail qoşunları mərhələli şəkildə Livan ərazisindən çıxarılacaq, onların mövqelərini isə BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələri tutacaq.
Aminə ŞAHSUVARQIZI













