Küveyt hava məkanında bütün uçuşlar DAYANDIRILDI
Küveytin milli aviadaşıyıcısı "Kuwait Airways" bütün uçuşlarını dayandırıb.
Redaktor.az xəbər verir ki, şirkət bu barədə rəsmi açıqlama yayıb.
Bildirilib ki, İranın Küveyt Beynəlxalq Hava Limanına hücumundan sonra təhlükəsizlik tədbirləri çərçivəsində bütün reyslər növbəti xəbərdarlığadək dayandırılıb.
Şirkət sərnişinlərə uçuşlarla bağlı yenilənmiş məlumatları rəsmi kanallar vasitəsilə izləməyi tövsiyə edib.
Qeyd olunub ki, vəziyyətin inkişafından asılı olaraq uçuşların bərpası ilə bağlı əlavə məlumat veriləcək.
Aminə ŞAHSUVARQIZI













