NATO Rusiya sərhədinə yaxın tanklar yerləşdirdi
Böyük Britaniya ordusu Rusiya sərhədi yaxınlığında tanklar yerləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat yayıb.
Məlumata görə, Britaniya Ordusu Estoniyanın Rusiya sərhədinə yaxın yerləşən Võru qraflığında keçirilən hərbi təlimlər üçün "Challenger 2" döyüş tanklarını bölgəyə göndərib.
Bildirilib ki, tanklar Şotlandiya Kral Alayının 2-ci Batalyonu tərəfindən idarə olunur və NATO-nun “Yaz Fırtınası” adlı hərbi təlimlərində əsas rol oynayır.
Jurnalın yazdığına görə, təlimlər Rusiya ilə mümkün genişmiqyaslı münaqişə ssenarisini simulyasiya edir. "Challenger 2" tanklarının bölgədə yerləşdirilməsi NATO-nun Rusiyaya yaxın ərazilərdə quru qüvvələrini gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
MWM qeyd edib ki, Võru qraflığı NATO-nun ən həssas əməliyyat istiqamətlərindən biri hesab olunur və mümkün qarşıdurma zamanı əsas qaynar nöqtələrdən birinə çevrilə bilər.
Bundan əlavə, bölgə Estoniyanı Latviya və Baltik regionu ilə birləşdirən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşir. Bu amil müttəfiq qüvvələrin operativ şəkildə gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Qraflığın Rusiyanın Pskov vilayətinə yaxınlığı da onun hərbi əhəmiyyətini artırır.
Aminə ŞAHSUVARQIZI













