İranda etirazlarla bağlı edam hökmü icra olundu

 13:24 03.06.2026     220

İranda etirazlar zamanı polis məmurunun qətlində təqsirləndirilən şəxs edam edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mizan News" qəzeti məlumat yayıb.

Bildirilib ki, məhkəmə sistemi tərəfindən polis məmurunu öldürməkdə təqsirli bilinən etirazçı Fətullah Avari edam olunub.

Mizan News-un məlumatına görə, Avari 2026-cı ilin yanvarında baş verən etirazlar zamanı hüquq-mühafizə orqanı əməkdaşının qətlində ittiham edilib və məhkəmə hökmü icra olunub.

Qeyd olunur ki, onun həbsinin dəqiq tarixi və məhkəmə prosesinin detalları barədə əlavə məlumat açıqlanmayıb.

İran məhkəmə orqanları məsələ ilə bağlı rəsmi açıqlamanı genişləndirməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən