Süni intellektə güvənən valideynlər az qala körpələrini ÖLDÜRƏCƏKDİLƏR

 14:26 03.06.2026     299

Çində valideynlər süni intellektin tövsiyələrinə əməl edərək yeni doğulmuş körpəni düzgün qidalandırmayıb və nəticədə uşağın sağlamlığını ciddi risk altına salıblar.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, körpə dünyaya gəldikdən sonra valideynlər onun sarılığı ilə bağlı narahat olduqları üçün bütün məsələlərdə maksimum diqqətli davranmağa çalışıblar. Uşaq tez-tez ağladıqda və narahatlıq göstərdikdə onlar məsləhət almaq üçün süni intellekt əsaslı köməkçiyə müraciət ediblər.

Süni intellekt körpəyə hər qidalanma zamanı 60 millilitr süd verilməsini tövsiyə edib. Valideynlər də bu tövsiyəyə ciddi şəkildə əməl edərək yaxınlarının porsiyanın artırılması ilə bağlı məsləhətlərini nəzərə almayıblar.

Nəticədə körpə bir həftə ərzində aclıq səbəbindən demək olar ki, fasiləsiz ağlayıb, tez yorulub və tez-tez yuxuya gedib. Bu müddətdə onun çəkisində demək olar ki, artım müşahidə olunmayıb.

Məsələ uşağın planlı tibbi müayinəsi zamanı üzə çıxıb. Həkim qidalanma həcmini öyrəndikdən sonra təəccüblənib və bildirib ki, sağlam bir aylıq körpə adətən bir qidalanmada 80-100 millilitr süd qəbul edir. Həkimlərin müdaxiləsindən sonra valideynlərə düzgün qidalanma qaydaları izah olunub və körpənin vəziyyəti nəzarətə götürülüb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən