Qərbdən yeni xəbərdarlıq: İranın gizli nüvə silahı riski artır
İranın gizli şəkildə nüvə silahı əldə etməsi riski son bir ildə daha da artıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi BMT-nin atom enerjisinə nəzarət orqanının yaydığı yeni məlumatlara və Qərb rəsmilərinin açıqlamalarına istinadən məlumat yayıb.
Məlumata görə, hazırda İranın gizli nüvə silahı proqramı həyata keçirməsi ehtimalı ABŞ və İsrailin bir il əvvəl İrana qarşı ilk hərbi əməliyyatlara başlamasından əvvəlki dövrlə müqayisədə daha yüksək qiymətləndirilir.
Aminə ŞAHSUVARQIZI













