ABŞ-də TRIPP üzrə Ermənistan-Amerika birgə şirkətinin yaradılması TƏSDİQLƏNDİ

 11:29 04.06.2026     173

ABŞ-də TRIPP şirkətinin yaradılması təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional qarşılıqlı əlaqəni dəstəkləmək məqsədi daşıyan TRIPP-in inkişaf şirkəti - Ermənistan-Amerika birgə müəssisəsinin yaradılmasını təsdiqləyib.

Korporasiyaya görə, şirkət dəmir yolları, yollar, boru kəmərləri və s. daxil olmaqla əsas infrastruktur proqramlarının həyata keçirilməsinə dəstək verəcək.

Vumart və Güvən reklamı Vumart Güvən