Daha bir ölkə Rusiya neftini almaq istəyir

 12:06 04.06.2026     161

Banqladeş Rusiyadan neft və digər enerji resurslarının tədarükünü artırmaqda maraqlıdır.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq artıq aktiv şəkildə davam edir. Rusiyanın Banqladeşdə nüvə elektrik stansiyası tikməsi tərəflər arasındakı əlaqələrin mühüm göstəricisidir. 

Eyni zamanda Rusiya ilə Banqladeş arasında tərəfdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Kənd təsərrüfatı, infrastruktur və nəqliyyat sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən