"Məqsədimizə çata bilmədik” - Merz

 13:40 04.06.2026     215

BMT Baş Assambleyasında keçirilən səsvermədə Almaniya 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilə bilməyib.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.

Almaniya kansleri Fridrix Merz ölkəsinin seçkilərdə uğursuz olduğunu etiraf edib.

“Biz qəti inamla yarışdıq. Məqsədimizə çata bilmədik”, – deyə Merz bildirib.

Kansler həmçinin seçkilərdə qalib gələn ölkələri, xüsusilə də Almaniyanın rəqiblərini təbrik edib.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən