Ermənistanda keçmiş yüksəkvəzifəli şəxs saxlanıldı

 11:13 05.06.2026     551

Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəisi Arman Sahakyan saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

Məlumata görə, Sahakyan seçkilər zamanı rüşvət vermə və rüşvət alma ittihamları ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb. İstintaq tədbirlərinin davam etdiyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən