Qonşu ölkənin məktəblərində kibertəhlükəsizlik dərsləri keçiləcək

 11:46 05.06.2026     337

Rusiyanın Moskva vilayətində 2026-cı il sentyabrın 1-dən məktəblərdə kibertəhlükəsizlik dərslərinin pilot layihəsinə start veriləcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə çərçivəsində məktəblərdə süni intellekt əsaslı rəqəmsal xidmətlərin tətbiqi, şagirdlərin yekun dövlət imtahanlarına hazırlanması və informasiya texnologiyaları sahəsində praktiki təlimlərin inkişafı nəzərdə tutulur.

İlkin olaraq 215 təhsil müəssisəsində tədris olunacaq dərslər I–XI sinif şagirdlərini əhatə edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən