Ermənistanda Tiran Xaçatryan barədə cinayət işi BAŞLANDI

 13:07 05.06.2026     319

Ermənistan Baş Prokurorluğu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryana qarşı açılan cinayət işini məhkəməyə göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, təsdiqlənmiş ittiham aktına əsasən, Tiran Xaçatryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) üzrə ictimai cinayət təqibi başlanıb.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, iş üzrə toplanmış materiallar səlahiyyətli məhkəməyə təqdim edilib və prosesin məhkəmə baxış mərhələsinə keçirildiyi qeyd olunub.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən