Zelenski Putinə niyə məktub göndərib?
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya həmkarı Vladimir Putinə ünvanladığı açıq məktubun ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etmək məqsədi daşıdığı iddia olunub.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Məlumata görə, məktub formal olaraq Putinə ünvanlansa da, onun əsas hədəflərindən birinin Tramp olduğu ehtimal edilir.
Nəşr qeyd edib ki, Zelenskinin bu addımla danışıqlar prosesini gücləndirmək, yoxsa potensial görüşlər ərəfəsində qarşı tərəfi nüfuzdan salmaq istədiyi hələ də aydın deyil.
Məqalədə həmçinin bildirilib ki, məktubun mətnində Vladimir Putin və onun siyasi fəaliyyəti ilə bağlı sərt ifadələr yer alıb.
Aytəkin TOFİQQIZI













