Ermənistanın keçmiş naziri və sabiq meri SAXLANILDI
Ermənistan Respublikasının keçmiş nəqliyyat və kommunikasiya naziri, eyni zamanda İrəvanın sabiq meri Qaqik Beqlaryan saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, Beqlaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə aparılan cinayət işi çərçivəsində saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi həmçinin onun həbs edilməsi üçün məhkəməyə vəsatət təqdim olunduğunu bildirib.
Aminə ŞAHSUVARQIZI













