Zelenskinin G7 sammitində iştirakı qeyri-müəyyən olaraq qalır
Ukrayna Prezidenti Volodimir Zelenskinin G7 sammitində iştirakı ilə bağlı müəyyən qeyri-müəyyənlik mövcuddur.
Redaktor.az bu haqda "Politoco"ya istinadla xəbər verir.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Zelenskini sammitə dəvət edib. Lakin ABŞ Prezidenti Donald Tramp ilə Zelenski arasında gərgin münasibətlərin davam etməsi bu məsələyə əlavə suallar yaradır.
Nəşrin həmsöhbəti olan avropalı diplomatlardan biri qeyd edib ki, Trampın mövqeyi səbəbindən hər zaman müəyyən risklər qalır, çünki ABŞ tərəfi münaqişəli vəziyyətlərdən çəkinmir.
Qeyd edək ki, Fransanın sədrliyi ilə keçiriləcək G7 sammiti 15-17 iyun tarixlərində baş tutacaq.
Aytəkin TOFİQQIZI













