Tramp hazırda İran məsələsinə fokuslanıb - Andrey Babiş
Çexiyanın Baş naziri Andrey Babiş hesab edir ki, ABŞ Prezidenti Donald Trampın diqqəti digər məsələlərə yönəldiyi üçün Avropa İttifaqı Ukrayna ilə bağlı danışıqlarda daha fəal rol oynamalıdır.
Redaktor.az bu barədə "Bloomberg"ə istinadla xəbər verir.
Babiş bildirib ki, Trampın buna kifayət qədər vaxtı yoxdur və təşəbbüsü Avropa ölkələri öz üzərinə götürməlidir.
Onun sözlərinə görə, ABŞ prezidenti hazırda İranla bağlı məsələlərə, xüsusilə də Hörmüz boğazında gəmi daşımalarının bərpasına diqqət ayırır. Bu səbəbdən Avropa ölkələri Ukrayna münaqişəsinin həlli üçün aparılan danışıqlarda daha fəal iştirak etməlidirlər.
Aytəkin TOFİQQIZI













