Putin Zelenskinin məktubuna cavab verəcək - Kreml

 16:27 05.06.2026     365

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubunun Vladimir Putinə çatdırıldığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Putin Zelenskinin məktubuna qiymət verəcək, bunu gözləmək lazımdır”, — o vurğulayıb.

Bununla yanaşı, Kremlin sözçüsü Rusiya liderinin məktuba reaksiyasını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Volodimir Zelenski iyunun 4-ü axşam yaydığı açıq məktubda Vladimir Putinə münaqişənin başa çatdırılması üçün üçüncü ölkədə şəxsi görüş keçirməyi təklif edib.

Vumart və Güvən reklamı Vumart Güvən