Trampın yeni hədəfi süni intellektdir - ABŞ lideri böyük şirkətləri bir araya TOPLAYIR

 23:22 05.06.2026     416

ABŞ Prezidenti Donald Tramp tezliklə Ağ Evdə potensial tərəfdaşlıqları müzakirə etmək üçün əsas süni intellekt (Sİ) şirkətlərinin rəhbərləri ilə görüş keçirmək niyyətində olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, Viskonsinə gedərkən təyyarəsində jurnalistlərə açıqlamasında bu şirkətlərin hamısı ilə tezliklə görüşünün planlaşdırıldığını bildirib.

Donald Tramp qeyd edib ki, sahənin aparıcı rəhbərləri, yəqin ki, gələn həftə Ağ Evə gələcəklər. Amerika lideri əlavə edib ki, o, görüşdə yalnız böyük şirkətlərin nümayəndələrini nəzərdə tutduğunu dəqiqləşdirib.

Vaşinqton administrasiyasının rəhbəri dövlət-özəl tərəfdaşlığının müzakirə mövzusu olacağını bildirsə də, hələlik digər təfərrüatları açıqlamayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən