ABŞ İran futbolçularına viza VERDİ

 11:59 06.06.2026     291

ABŞ İran milli futbol komandasının oyunçularına 2026-cı il FIFA Dünya Kubokunda iştirak etmək üçün viza verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, İranlı futbolçuların ABŞ-a daxil olması üçün viza rəsmiləşdirilib. İran milli futbol komandasının Dünya Kubokundakı ilk oyunu iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya milli futbol komandası ilə qarşılaşacaq. İran millisi qrup mərhələsində, həmçinin Belçika milli futbol komandası və Misir milli futbol komandası ilə də üz-üzə gələcək.

Vumart və Güvən reklamı Vumart Güvən