İranın Xarq adasında PARTLAYIŞ

 03:22 07.06.2026     306

İranın Xarq adası yaxınlığında partlayış səsi eşidilib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Partlayışın dəqiq yeri və mənbəyi məlum deyil, lakin onun adanın kənarında baş verdiyi güman edilir.

“Tasnim” xəbər agentliyi isə Xarq adası yaxınlığında baş verən partlayışın partlayıcı sursatların zərərsizləşdirilməsi ilə əlaqəli ola biləcəyini yazıb.

Agentlik qeyd edib ki, partlayışlar nəzarət altına alınıb və həyəcan üçün heç bir səbəb yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən