“Əgər onlar düzgün davransalar…” - Tramp

 19:00 07.06.2026     249

ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişi əldə olunmadan Tehrana məxsus dondurulmuş aktivlərin açılmayacağını və sanksiyaların ləğv edilməyəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "NBC News"a müsahibəsində danışıb.

Trampın sözlərinə görə, İranla bağlı hər hansı güzəştlər yalnız razılaşma əldə edildikdən sonra nəzərdən keçirilə bilər.

“Bu, sonradan olacaq. Bəli. Əgər onlar düzgün davransalar, yaxşı iş görsələr, danışmağa başlayarıq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən