“ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir” - Qalibaf

 21:22 07.06.2026     343

İranın dəniz blokadasının davam etməsi və İsrailin Livana yeni hücumları regiondakı ABŞ və İsrail bazalarına cavab zərbələri endirmək üçün İran Silahlı Qüvvələrinin əl-qolunu açır.

Redaktor.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf "X" hesabında yazıb

Onun sözlərinə görə, İranın dəniz blokadası və ABŞ-nin bu gün İsrailə Livana zərbələr endirmək üçün yaşıl işıq yandırması regiondakı Amerika və İsrail bazaları və aktivlərini qanuni hədəfə çevirir.

O vurğulayıb ki, ABŞ və İsrail öz hərəkətləri ilə gücdən başqa heç bir dili başa düşmədiklərini nümayiş etdiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən