İranda təcili QƏRAR - Hava məkanı BAĞLANDI

 00:21 08.06.2026     510

İran hakimiyyəti təhlükəsizlik səbəbləri ilə ölkənin qərb hissəsində hava məkanının növbəti bildirişədək bağlanması barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxvan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra ölkənin hava məkanının qərb sektoru qeyri-müəyyən müddətə bağlanıb.

Əxvan vətəndaşları zəruri olmadıqca hava limanlarına getməməyə və reyslərlə bağlı məlumatları kütləvi informasiya vasitələrindən izləməyə çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən