"Təcavüzkarlar cavabını aldı" - Xameneinin müşavirindən İsrailə TƏHDİD

 00:28 08.06.2026     345

İranın ali liderinin hərbi müşaviri Möhsün Rezai bildirib ki, bazar günü axşam İranın İsrailə endirdiyi zərbə Təl-Əvivə Livana hücumları dayandırmaq üçün göndərilmiş xəbərdarlıq olub.

Redaktor.az xəbər verir ki, Rezai bu barədə "X" hesabında yazıb.

Onun sözlərinə görə, İran İslam Respublikası dəfələrlə atəşkəs rejiminin pozulmasına və Livana qarşı təcavüzə dözməyəcək.

“Bu axşam təcavüzkarlar öz cavablarını aldılar. Bu cavab onların cinayətlərini dayandırmaları üçün xəbərdarlıqdır”, – deyə o qeyd edib.

Rezai vurğulayıb ki, gərginliyin bundan sonra da artırılması daha dağıdıcı cavab tədbirlərinə və daha ağır nəticələrə gətirib çıxaracaq.

Vumart və Güvən reklamı Vumart Güvən