Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazıdır

 01:09 08.06.2026     365

ABŞ Prezidenti Donald Tramp bazar günü İsrailin Beyruta hava hücumlarından narazı olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Amerika lideri bu məsələ ilə bağlı suala cavab olaraq "mən bundan məmnun deyiləm" deyib. Onun sözlərini Trey Yingst Fox News-da canlı yayımda sitat gətirib.

Amerika lideri qeyd edib ki, yəhudi dövlətinin Livan paytaxtına endirdiyi zərbələr ABŞ ilə "koordinasiya olunmayıb".

Qeyd edək ki, iyunun 7-də İsrail Hərbi Hava Qüvvələri Beyrutun ətrafında Hizbullah hədəfinə zərbə endirib. İsrail tərəfinin məlumatına görə, bu, Hizbullahın yəhudi ərazilərini atəşə tutmasına cavab olaraq edilib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən