"Əgər Netanyahu qisas alsa, 3000 ildir baş verənlər davam edəcək" - Trampdan XƏBƏRDARLIQ

 01:18 08.06.2026     537

"Biz İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İstəmirəm ki, hazırda baş verənlərə görə onun dağılmasın".

Redaktor.az xəbər verir ki, bunu "Axios"a ABŞ Prezidenti Donald Tramp deyib. O, İsrail ilə İran arasında gərginliyin Tehranla Vaşinqton arasında potensial razılaşmanı pozmayacağına ümid etdiyini bildirib.

Amerika liderinin sözlərinə görə, "İranın hücumunda heç kim xəsarət almayıb".

"Ümid edirəm ki, İsrail qisas almaz. Əgər Bibi (İsrail Baş naziri Benyamin Netanyahu - red.) qisas alsa, son 47 il və ya 3000 ildir baş verənlər davam edəcək", - deyə Amerika lideri bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən