İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil - AÇIQLAMA

 01:29 08.06.2026     512

İranın İsrailə endirdiyi zərbələr zamanı İraqın mərkəzində naməlum pilotsuz təyyarə (PUA) qəzaya uğrayıb.

Redaktor.az INA xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Kərbəla əyalətinin qubernatoru Nasif əl-Xəttabi bildirib. 

"Bəzi media orqanlarında Kərbəlada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Əyalətdə qəzaya uğrayan obyekt PUA olub"  - deyən qubernator qəzaya uğrayan dronun mənşə ölkəsini və ya qəza səbəbini dəqiqləşdirməyib.

Qeyd edək ki, daha əvvəl İran İsrailə raket zərbələri endirib.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən