Tehranın İmam Xomeyni aeroportu fəaliyyətini DAYANDIRDI

 01:48 08.06.2026     372

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı, İranın İsrailə hücumları səbəbindən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandıracağını açıqlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, aeroportun açıqlamasında deyilir:

"Mülki Aviasiya Təşkilatının 8 iyun 2026-cı il tarixində verdiyi bildirişə əsasən, İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün uçuşlar növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırılıb".

Daha əvvəl İslam Respublikasının Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əhvan bildirib ki, təhlükəsizlik səbəblərinə görə İran hakimiyyəti ölkənin qərbindəki hava məkanını növbəti xəbərdarlığa qədər bağlamaq qərarına gəlib. 

Bundan öncə İran İsrailə Livana hücumları dayandırması üçün xəbərdarlıq olaraq raket zərbələri endirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən