İran İsraili "Xeybarşekan" ballistik raketləri ilə vurub - "Tasnim"
İran qüvvələri 7 iyun axşamı İsrailə hücum zamanı "Xeybarşekan" bərk yanacaqlı ballistik raketlərindən istifadə edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu raketin mənzili 1450 km, çəkisi 4500 kq və uzunluğu 10 m-dir. O, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üçüncü nəsil raketlərinə aiddir və düşmənin hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün unikal xüsusiyyətlərə malikdir.
T.İSMAYIL













