İsrail İranın hücumlarından sonra Qəzza sərhəd keçid məntəqələrini BAĞLADI

 02:03 08.06.2026     392

İsrail hakimiyyəti Qəzza zolağı ilə sərhəd keçidlərini bağlamaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstin ərazilərində hökumət fəaliyyətlərinin koordinasiya orqanı (COGAT) məlumat verib.

Bu qərar İranın 7 iyun axşamı İsrailin şimalına raket zərbəsi endirməsindən sonra verilib. COGAT bəyanatında Kerem Şalom və Rəfah keçid məntəqələrinin "növbəti xəbərdarlığa qədər" dayandırıldığını bildirib.

"Qəzza zolağında keçidlərin bağlanmasının humanitar vəziyyətə təsir etməyəcəyi vurğulanmalıdır. BMT-nin metodologiyasına görə, atəşkəsdən bəri zolağa çatdırılan ərzaq həcmi əhalinin qida ehtiyaclarını xeyli üstələyir", - deyə bildirilib.

Qeyd edək ki, 7 iyun axşamı İsrailin şimalı İrandan raket hücumuna məruz qalıb. İsrail ordusu bütün raketlərin ələ keçirildiyini bildirib.

Bu, İsrailin 7 iyunda Beyrutun ətrafındakı Hizbullah hədəfinə qarşı hücumundan sonra baş verib. İran hakimiyyəti əvvəllər Livan paytaxtına hücum ediləcəyi təqdirdə İsrailə qarşı qisas alacaqları barədə xəbərdarlıq etmişdi.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən