İsrail ordusu əmri alan kimi İranın hücumuna cavab verəcək - General
İsrail ordusu İrandan raket hücumundan sonra "düşmənə" zərbə endirməyə hazırdır, lakin hələlik belə bir əmr almayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, general yüksək rütbəli hərbi rəhbərliklə əməliyyat görüşləri keçirir. Zamir "əmr verilən kimi İsrail Müdafiə Qüvvələri düşmənə qəti zərbə endirəcək" deyib.
Xatırladaq ki, 7 iyun axşamı İsrailin şimalı İrandan raket atəşinə tutulub.
T.İSMAYIL













