Ukrayna dronu Moskva-Simferopol qatarına hücum etdi - Ölən və yaralanan var

 04:03 08.06.2026     497

Moskvadan Simferopola gedən sərnişin qatarının lokomotivinə Ukrayna dronunun hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın işğalı altında olan Ukraynanın Krım bölgəsinin "rəhbəri" Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, qatarın sərnişinləri xəsarət almayıb və onların avtobusla daşınması məsələsi müzakirə olunur.

"Moskvadan Simferopola gedən sərnişin qatarına düşmənin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində ilkin məlumatlara görə, sürücü yaralanıb, köməkçi maşinist ölüb, sərnişinlər isə xəsarət almayıb. Mərhumun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Yaralılara güc və şəfa diləyirəm. Sərnişinlərin avtobusla daşınması məsələsi hazırda həll olunur. Krım Respublikasının hakimiyyəti bütün lazımi yardım və dəstəyi göstərəcək", - deyə o, "Telegram" kanalında yazıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən