ABŞ İsrailə Beyruta hücum etmək üçün "yaşıl işıq" yandırmadı - "Axios"

 04:07 08.06.2026     379

ABŞ İsrailin Beyrut ətrafındakı şiə Hizbullah obyektinə hücum etməsinə razılıq verməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid iyunun 7-də ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat verib.

Onun yazdığına görə, "Ağ Ev İsrailin Beyruta hücumuna icazə verməyib". Başqa bir mənbə ABŞ-nin  "bununla heç bir əlaqəsi olmadığını" bildirib.

Xatırladaq ki, 7 iyun axşamı İsrailin şimalı İrandan raket hücumuna məruz qalıb. İsrail ordusu bütün raketlərin ələ keçirildiyini bildirib.

Bu, İsrailin əvvəllər Beyrutun ətrafındakı Hizbullah hədəfinə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfinin məlumatına görə, bu hücum Hizbullahın yəhudi dövlətinin şimal ərazilərini atəşə tutmasına cavab olaraq həyata keçirilib. İran hakimiyyəti əvvəllər Livan paytaxtına zərbələr endiriləcəyi təqdirdə İsrailə qarşı qisas alacaqları barədə xəbərdarlıq etmişdi. 

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən