Si Cinpin 7 ildən sonra ilk dəfə Şimali Koreyaya səfər ETDİ

 09:35 08.06.2026     219

Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlət səfəri ilə Şimali Koreyaya gəlib.

Redaktor.az xariMəlumata görə, səfər Pekinlə Pxenyan arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 65 illiyinə təsadüf edir. Çin lideri iyunun 8-də səhər saatlarında Pyongyang şəhərinə çatıb.

Səfər ərəfəsində Şimali Koreya paytaxtında geniş hazırlıq işləri aparılıb. Şəhər küçələrində Si Cinpinin portretləri yerləşdirilib, həmçinin Çin və Şimali Koreyanın dövlət bayraqları asılıb.

Bundan əlavə, iki ölkə arasındakı dostluq münasibətlərinə həsr olunmuş çin və koreya dillərində müxtəlif plakatlar və bannerlər quraşdırılıb.

Qeyd edək ki, Si Cinpinin Şimali Koreyaya əvvəlki rəsmi səfəri 2019-cu ilin 20–21 iyun tarixlərində baş tutmuşdu. Bu, Çin liderinin son yeddi ildə ölkəyə ilk səfəridir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən