“ABŞ tarixinin ən korrupsiyalaşmış prezidentidir” - Baydendən Trampa sərt TƏNQİD

 10:01 08.06.2026     181

ABŞ-nin sabiq prezidenti Co Bayden ölkənin hazırkı prezidenti Donald Tramp haqqında sərt fikirlər səsləndirib. O, Trampı ABŞ tarixinin “ən korrupsiyalaşmış prezidenti” adlandırıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Bayden çıxışı zamanı Trampın Ağ evdə həyata keçirdiyi dəyişiklikləri və müxtəlif obyektlərə öz adını vermək cəhdlərini tənqid edib. O, bunları “utancverici şöhrət layihələri” kimi qiymətləndirib.

Sabiq prezident həmçinin Trampı Kapitoliyə hücumda iştirak edən şəxslər üçün 1,8 milyard dollarlıq gizli fond yaratmaqda və kriptovalyuta ticarəti ilə bağlı manipulyasiyalarda ittiham edib.

“Prezident olduğum dövrdə demokratiyamızın təhlükə altında olduğunu söylədiyim üçün məni tənqid edirdilər”, – deyə Bayden vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən