Tokayev və Kobaxidze Paşinyanı təbrik ETDİ

 10:12 08.06.2026     200

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev “Vətəndaş Müqaviləsi” partiyasının Ermənistanda parlament seçkilərində qalib gəlməsi münasibətilə baş nazir Nikol Paşinyanı təbrik edib.

Redaktor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tokayev Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları naminə gələcək fəaliyyətində uğurlar arzulayıb. Tokayev qeyd edib ki, Qazaxıstan qarşılıqlı maraq doğuran bütün sahələrdə ölkə ilə fəal əməkdaşlığı davam etdirməyə hazırdır.

Daha bir təbrik isə Gürcüstandan gəlib. Ölkənin Baş naziri İrakli Kobaxidze Paşinyanı təbrik edərək onun sıx əməkdaşlığının davam etdirilməsini səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun partiyasını seçkilərdə əldə etdikləri uğur münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstan ilə Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq münasibətlərini xalqlarımızın rifahı naminə daha da gücləndirmək üçün yaxın əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”, - deyə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən