“Bir dənə də olsun zərbə endirilməyib” - İran hücum iddialarına cavab VERDİ

 11:09 08.06.2026     287

İran Səudiyyə Ərəbistanının Əl-Xərc aviabazasına hücum etdiyi barədə yayılan məlumatları təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya kanalı IRIB adı açıqlanmayan hərbi rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi Əl-Xərc aviabazasına hər hansı hücum həyata keçirmədiyini bildirib.

"Həmin obyektə bir dənə də olsun zərbə endirilməyib", - deyə adı açıqlanmayan hərbi mənbə vurğulayıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının mülki müdafiə qurumu Əl-Xərc əyalətinin sakinlərini mümkün təhlükə ilə bağlı xəbərdar etmişdi.

Səudiyyə Ərəbistanı hakimiyyəti insidentlə bağlı hər hansı tərəfin adını çəkməsə də, bir sıra beynəlxalq media orqanları hadisəni İran və İsrail arasında yenidən intensivləşən hava hücumları ilə əlaqələndirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən