Aİ xarici tankerlərə qarşı nəzarəti gücləndirir - Kallas

 13:36 08.06.2026     182

Avropa İttifaqı Aralıq dənizində Rusiya nefti daşımaqda şübhəli bilinən xarici tankerlərə qarşı nəzarəti gücləndirir.

Redaktor.az xəbər verir ki, bu haqda Aİ-nin təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas danışıb.

O bildirib ki, Birliyin hərbi gəmiləri artıq bu cür tankerləri saxlamaq səlahiyyətinə malik olacaq.

Onun sözlərinə görə, Aİ "kölgə donanması" adlandırılan və Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyi iddia edilən gəmilərlə bağlı tədbirləri də müzakirə edir.

Kallas qeyd edib ki, yeni addımlar Rusiyanın imkanlarını məhdudlaşdırmağa, o cümlədən Ukraynadakı münaqişə fonunda Moskva üzərində təzyiqi artırmağa hesablanıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən