İranla döyüşlərin bir neçə gün davam etməsi mümkündür - İsrail

 13:41 08.06.2026     229

İsrail Müdafiə Qüvvələri (IDF) İranla hərbi toqquşmaların ən azı bir neçə gün davam edə biləcəyini, hətta müharibənin yenidən genişmiqyaslı şəkildə alovlanma ehtimalının olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə IDF rəsmi açıqlama yayıb.

Məlumata görə, gecədən bəri İran İsrail ərazisinə azı 20 ballistik raket atıb. İsrail ordusu bu raketlərin ya zərərsizləşdirildiyini, ya da açıq ərazilərə düşdüyünü bildirib.

Bundan əlavə, İranın dəstəklədiyi Yəməndəki husilərin də İsrailə iki ballistik raket atdığı qeyd olunub. Rəsmi məlumatlara əsasən, raketlərdən biri vurularaq məhv edilib, digəri isə hədəfə çatmayıb.

İsrail tərəfi cavab olaraq indiyədək İrana qarşı iki hava zərbələri dalğası həyata keçirdiyini açıqlayıb. Bildirilib ki, gecə saatlarında İranın qərb və mərkəzi bölgələrində 9 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Bu səhər isə İranın cənub-qərbində yerləşən neft-kimya kompleksində üç zavodun hədəfə alındığı qeyd olunub.

IDF-nin məlumatına görə, əməliyyatlar İsrail tərəfindən həyata keçirilsə də, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə tam koordinasiya mövcuddur. ABŞ hərbçilərinin də İsrailə yönələn raketlərin zərərsizləşdirilməsində iştirak etdiyi bildirilib.

Həmçinin IDF Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə CENTCOM rəhbəri admiral Bred Kuper arasında bir neçə telefon danışığının baş tutduğu qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən