Rusiya Ukrayna ilə danışıqlara hazırdır, amma “hiyləgərlik olmadan” - Lavrov
Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin bu proses qarşılıqlı etimad və dürüstlük prinsipləri əsasında aparılmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə Sergey Lavrov açıqlama verib.
Lavrov bildirib ki, Rusiya tərəfi Ukrayna ilə danışıqlara hazırdır, ancaq “hiyləgərlik və manipulyasiyalar olmadan”.
Nazirin sözlərinə görə, mümkün danışıqlar real nəticələr əldə etməyə yönəlməli və tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl etməsi ilə müşayiət olunmalıdır.
NURİYYƏ













