Ermənistan xalqı Avropa yönümlü gələcəyə səs verdi - Kallas

 15:12 08.06.2026     253

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

O, Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan xalqı parlament seçkilərində Avropa yönümlü gələcəyi seçib.

Kallasın sözlərinə görə, erməni seçicilər müxtəlif təzyiqlərə baxmayaraq, ölkənin Avropa ilə yaxınlaşması istiqamətində mövqe nümayiş etdiriblər.

O qeyd edib ki, Avropa İttifaqı Ermənistanın Avropaya inteqrasiya yolunda həyata keçirməyi planlaşdırdığı islahatlara dəstək verməyə hazırdır.

Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,81 faizini toplayaraq birinci olub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən