"İsrail və İran təcili atəşkəs istəyir, amma “axmaqlıq” sülhə mane ola bilər"
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsə nail olunması istiqamətində danışıqların davam etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, hər iki tərəf dərhal atəşkəs əldə etmək üçün çalışır.
“Sülh üzrə yekun danışıqlar davam edir, lakin buna cahillik və ya axmaqlıq mane olmasa”, - deyə ABŞ Prezidenti qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, İrana tətbiq olunan blokadanın aradan qaldırılması yekun razılaşmanın əldə olunmasından asılıdır.
“Blokada "Yekun saziş" əldə olunana qədər qüvvədə qalacaq və tam şəkildə tətbiq ediləcək. İşlərin sürətlə irəliləməsi gözlənilir”, - deyə o əlavə edib.
ABŞ liderinin açıqlaması İsrail və İran arasında son günlər yenidən artan hərbi gərginlik fonunda səsləndirilib.













