İran Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edə bilər

 15:43 08.06.2026     179

İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib ki, Hörmüz boğazı yenidən açıldıqdan sonra xarici gəmilərin bu marşrutdan keçidi ödənişli ola bilər.

Redaktor.az bu barədə "Reuters"ə istinadla məlumat verir.

Diplomatın sözlərinə görə, hazırda İran və Oman rəsmiləri boğazın açılması şərtləri üzərində işləyirlər. O qeyd edib ki, gəmiçiliyin bərpası üçün əsas şərtlərdən biri tranzit haqqının tətbiqidir.

Kazım Cəlali ödənişin məbləğini açıqlamayıb. Bildirilib ki, İran və Oman xarici gəmilərin Hörmüz boğazından keçidi üçün müəyyən meyarlar hazırlayacaq.

Səfirin sözlərinə görə, hər iki ölkənin hərbçiləri tankerlərin təhlükəsiz keçidini təmin edəcək və bu xidmətlərə görə gəmi heyətlərindən ödəniş alınacaq.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən