İran bütün aviareysləri növbəti xəbərdarlığa qədər UZATDI
İran hava məkanında təhlükəsizlik tədbirlərini gücləndirərək ölkəyə və ölkədən həyata keçirilən bütün uçuşları müvəqqəti dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Tasnim Xəbər Agentliyi aviasiya qurumlarına istinadən məlumat yayıb.
Məlumata görə, İranın bütün hava limanlarına və hava limanlarından həyata keçirilən reyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.
Qərarın ölkədə mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul edildiyi bildirilib.
Rəsmi qurumlar uçuşların bərpası ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını qeyd ediblər.
Aminə ŞAHSUVARQIZI













